...

"Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi" kitabının təqdimat mərasimi keçirilib

Siyasət Materials 29 Mart 2012 15:18 (UTC +04:00)
Beynəlxalq Mətbuat Mərkəzində (BMM) cümə günü "Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi" adlı ikicildlik kitabın təqdimat mərasimi keçirilib.
"Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi" kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M.Əliyev/

Beynəlxalq Mətbuat Mərkəzində (BMM) cümə axşamı "Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi" adlı ikicildlik kitabın təqdimat mərasimi keçirilib.

Trend-in məlumtına görə, "Azərbaycan" qəzetinin redaksiyası tərəfindən hazırlanmış kitab müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin xatirəsinə ithaf edilib. Kitabın ideya müəllifi Prezident Administrasiyası rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Fundamental ikicildliyin təqdimat mərasiminə həsr edilmiş tədbiri Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanov açaraq bildirib ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü tariximizin acı səhifələrindən biridir. "Bu dəyərli kitabı vərəqləyən hər kəs mənfur qonşularımızın Azərbaycan xalqının başına gətirdikləri faciələrin tarixi köklərinə bir daha nəzər salacaq, erməni faşizminin xislətini və erməniliyin mahiyyətini dərindən dərk edəcək", - o deyib.

Tədbirdə çıxış edən Azərbaycan qəzetinin redaktoru, millət vəkili Bəxtiyar Əliyev kitabın tarixi əhəmiyyətindən danışıb. O, "Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi" kitabının rus və ingilis dillərinə də tərcümə ediləcəyini qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov isə öz çıxışında bildirib ki, son dövrlər Azərbaycan xalqının soyqırımı ilə bağlı müfəssəl əsərlər, sənədlər topluları yaradılıb. Onun sözlərinə görə, yaxın günlərdə soyqırım faktlarını özündə əks etdirən daha bir sənədlər toplusunun təqdimatı olacaq.

Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, bütün dünyada yaşayan azərbaycanlılar öz yaşadıqları ölkələrdə "qondarma erməni" soyqırımı ilə bağlı qondarma tarixçilərə cavab verməsə, biz çox şeyə nail olmayacağıq. "Hər bir azərbaycanlının azərbaycanlıların soyqırımı ilə bağlı fəaliyyətə qoşulmaq qəlbində olmalıdır", - o deyib.

Həsənov bildirib ki, Heydər Əliyev, İlham Əliyev haqqında samballı əsərlər yazılmalıdır. Həsənov deyib ki, bəzən ona müraciətlər olunur ki, Heydər Əliyev, yaxud İlham Əliyev haqqında kitab yazılıb, amma çapına icazə verilmir.

O, "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" kitabını nümunə gətirərək vurğulayıb ki, Heydər Əliyev haqqında məhz belə kitablar yazılmalıdır.

"Heydər Əliyev haqqında kitab yazıb, sonra da bunu spekulyasiyaya çevirənlər var. Bəzən bu işə çox hörmətli adamlarımız da qoşulur. Cildlərlə kitablar yazırlar və həmin kitablar yalnız onu yazanın kitabxanasında özünə yer tapır", - o bildirib.

Həsənov qeyd edib ki, əslində heç bir ictimai yükü olmayan kitablar yazmaqdansa, Qarabağın, Naxçıvanın tarixi ilə əlaqədar, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım barədə salnamələr yazmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti