...

Bakıda Aİ və "Şərq tərəfdaşlığı" ölkələrinin enerji sahəsində əməkdaşlığı müzakirə olunacaq

Siyasət Materials 29 Mart 2012 15:37 (UTC +04:00)
Bakıda aprelin 2-4-də keçiriləcək Avronest Parlament Assambleyasının sessiyası çərçivəsində enerji sahəsi üzrə xüsusi ekspert seminarı keçiriləcək.
Bakıda Aİ və "Şərq tərəfdaşlığı" ölkələrinin enerji sahəsində əməkdaşlığı müzakirə olunacaq

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M.Əliyev/

Bakıda aprelin 2-4-də keçiriləcək Avronest Parlament Assambleyasının sessiyası çərçivəsində enerji sahəsi üzrə xüsusi ekspert seminarı keçiriləcək.

Bu barədə Trend-ə cümə axşamı Avronest PA-nın Enerji təhlükəsizliyi komitəsinin həmsədri, deputat Fuad Muradov bildirib.

Onun sözlərinə görə, seminarın mövzusu "Avropa İttifaqı və "Şərq tərəfdaşlığı" ölkələrinin enerji sahəsində uğurlu layihələri, maneələr və perspektivlər" olacaq.

"Belə bir seminarın keçirilməsi ötən il qurumun Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən iclası zamanı Azərbaycan nümayəndə heyəti tərəfindən təklif edilib. Artıq Avronest PA katibliyi tərəfindən bu tədbirin keçirilməsinə dəstək gəlib", - o bildirib.

Muradov qeyd edib ki, seminar zamanı Avropa İttifaqı və "Şərq tərəfdaşlığı" ölkələri arasında mövcud layihələrlə yanaşı, digər işlərin həyata keçirilməsinə mane olan amillər araşdırılacaq.

Avronest PA-nın Bakı sessiyası çərçivəsində büro və komitələrin iclasları, daha sonra PA-nın plenar iclası keçiriləcək. Sessiyada müzakirə ediləcək məsələlərə gəldikdə, 4 komitə üzrə hazırlanacaq məruzələrin mövzuları müəyyənləşib. Avronest PA-nın Bakı sessiyası qurumun Avropa İttifaqından kənarda keçirəcəyi ilk sessiya olacaq.

Xəbər lenti

Xəbər lenti