...

Türkiyə və İranın ümumi düşmənləri var - Əhmədinejad

Siyasət Materials 29 Mart 2012 19:06 (UTC +04:00)
Müstəqil dövlətlər olmasına baxmayaraq, İran və Türkiyənin ümumi düşmənləri var.
Türkiyə və İranın ümumi düşmənləri var - Əhmədinejad

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbirlər A.Tağıyeva, T.Cəfərov/

Müstəqil dövlətlər olmasına baxmayaraq, İran və Türkiyənin ümumi düşmənləri var. Trend-in İran Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı İranda rəsmi səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşdə İran Prezidenti Mahmud Əhmədinejad bildirib.

"Hegemonlar Türkiyə və İranın inkişafını istəmirlər. Tehran və Ankara bu ölkələrin regionda gücünün möhkəmləndirilməsini istəməyən hegemonların hiyləgər siyasətinə aldanmamalıdır", - Əhmədinejad deyib.

İran Prezidenti onu da qeyd edib ki, İran və Türkiyənin iqtisadi, siyasi və enerji əməkdaşlığı yüksək səviyyədədir.

"İran və Türkiyə bundan sonra da münasibətlərini inkişaf etdirməlidir. Belə ki, münasibətlərin inkişafı bu ölkələrin xalqlarının inkişafı və təhlükəsizliyinə yardım edir", - o deyib.

Ərdoğan öz növbəsində qeyd edib ki, Türkiyə dinc məqsədlərlə nüvə proqramının inkişafında İranın mövqeyini dəstəkləyir və gələcəkdə də dəstəkləyəcək.

"Türkiyə və İran arasında münasibətlərin inkişafı üçün ölkələr bütün mövcud potensialdan istifadə etməlidirlər", - Ərdoğan bildirib.

Xəbər lenti

Xəbər lenti