...

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Siyasət Materials 30 Mart 2012 16:59 (UTC +04:00)
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qırğızıstan Prezidenti Almazbek Atambayev cümə günü 30-da Şəhidlər xiyabanını ziyarət edib.
Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan, Bakı, 30 mart /Trend/

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qırğızıstan Prezidenti Almazbek Atambayev cümə günü Şəhidlər xiyabanını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğızıstan dövlətinin başçısı və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Prezident Almazbek Atambayev "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qırğızıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Xəbər lenti

Xəbər lenti