...

Avronest PA-nın İqtisadiyyat komitəsinin iclası Qəbələdə keçirilə bilər

Siyasət Materials 4 Aprel 2012 11:29 (UTC +04:00)
Avronest PA-nın İqtisadiyyat komitəsinin iclası bu il Azərbaycanın Qəbələ rayonunda keçirilə bilər.
Avronest PA-nın İqtisadiyyat komitəsinin iclası Qəbələdə keçirilə bilər

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir M.Əliyev/

Avronest PA-nın İqtisadiyyat komitəsinin iclası bu il Azərbaycanın Qəbələ rayonunda keçirilə bilər. Trend-in məlumatına görə, bu barədə qurumun bu gün Bakıda keçirilən plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov bildirib.

O, qeyd edib ki, artıq Azərbaycan tərəfi bununla bağlı Assambleyaya rəsmi təklif də ünvanlayıb. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti Avronest PA-nın Sosial məsələlər komitəsinin iclasının da 2013-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı təklif irəli sürüb.

Azərbaycanın digər millət vəkili Məlahət İbrahimqızı isə Avronest PA-nın gender məsələləri, qadın problemləri ilə bağlı ayrıca tədbirinin keçirilməsini təklif edib.

Xəbər lenti

Xəbər lenti