...

Azərbaycan Prezidentinin ehtiyat fondundan Oğuz rayonuna 4,5 milyon manat ayrılıb

Siyasət Materials 4 Aprel 2012 18:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidentinin ehtiyat fondundan Oğuz rayonuna 4,5 milyon manat ayrılıb

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm-İsmayıllı-Şəki magistralı-Qumlaq-Xalxal avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Oğuz Rayon İcra Hakimiyyətinə 4,5 milyon (dörd milyon beş yüz min) manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti