...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olub (FOTO)

Siyasət Materials 10 Aprel 2012 14:43 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da paytaxtın Nərimanov rayonunda Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olub.
Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olub (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da paytaxtın Nərimanov rayonunda Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olub.

Mərkəzdə həyata keçirilən işlərin hazırkı vəziyyəti barədə dövlətimizin başçısına məlumat verildi. Tikinti işlərinin ən müasir standartlara uyğun şəkildə həyata keçirildiyi bildirildi.

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində görülən işlərlə yaxından maraqlandı. Azərbaycan Prezidenti inşaat işlərinin aparıldığı ayrı-ayrı sahələri gəzdi, görülən işlərlə yerindəcə tanış oldu. İnşaatda istifadə olunan tikinti materialları barədə Prezident İlham Əliyevə məlumat verildi. Dövlət başçısı inşaat materiallarının keyfiyyəti ilə maraqlandı.

Qeyd edək ki, mərkəzin ərazisində yol-nəqliyyat və digər infrastruktur ən müasir standartlara uyğun şəkildə qurulacaq, ərazidə yaşıllıq zolaqları salınacaq. Buraya gələn qonaqların rahat gediş-gəlişini təmin etmək üçün müasir eskalatorlar quraşdırılıb.

Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin adını daşıyan müasir memarlıq nümunəsi müxtəlif beynəlxalq tədbirlərin, konfransların, müsabiqələrin, festivalların, sərgi, konsert və ziyafətlərin yüksək səviyyədə təşkil olunmasına imkan verəcəkdir.

Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev ətraf ərazilərin abadlaşdırılması ilə bağlı da müvafiq tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti