Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir S.Ağayeva/
Bakı şəhərində çərşənbə axşamı keçirilən Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti görüşündə protokol imzalanıb.
Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə 2012-ci il üçün GUAM-ın Azərbaycan sədrliyinin prioritetləri müzakirə edilib, GUAM üzv dövlətləri arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, GUAM çərçivəsində sahəvi əməkdaşlıq istiqamətində mövcud vəziyyət, eləcə də "GUAM+" formatında sözügedən təşkilatın tərəfdaşları ilə münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.