...

Azərbaycan və Tacikistan arasında birbaşa aviareysin açılması məsələsinə baxılıb

Siyasət Materials 13 Aprel 2012 16:08 (UTC +04:00)
Bu günlərdə Tacikistan xarici işlər nazirinin birinci müavini Mahmudjon Sobirovun Azərbaycan səfiri Abbasəli Həsənovla keçirdiyi görüşdə Tacikistan-Azərbaycan ikitərəfli münasibətlərinin aktual məsələləri müzakirə edilib.
Azərbaycan və Tacikistan arasında birbaşa aviareysin açılması məsələsinə baxılıb

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Bu günlərdə Tacikistan xarici işlər nazirinin birinci müavini Mahmudjon Sobirovun Azərbaycan səfiri Abbasəli Həsənovla keçirdiyi görüşdə Tacikistan-Azərbaycan ikitərəfli münasibətlərinin aktual məsələləri müzakirə edilib. Trend-in məlumatına görə, bu barədə cümə günü "CA-News" Tacikistan XİN-ə istinadən məlumat verir.

"Azərbaycan diplomatı Düşənbə və Bakı arasında birbaşa aviareysin açılması imkanlarına baxmağı təklif edib. Mövcud məsələnin müzakirəsi üçün iki ölkənin aviasiya qurumları rəhbərlərinin görüşünü təşkil etmək qərara alınıb", - həmsöhbət deyib.

Onun sözlərinə görə, görüşdə həmçinin tacik mütəxəssislərin neft-qaz sahəsində hazırlığı, iki ölkənin bədii kollektivlərinin mübadiləsi məsələləri üzrə Təhsil və Mədəniyyət nazirlikləri arasında əməkdaşlığın qurulması məsələsinə toxunulub.

"Sobirov Azərbaycanın işgüzar dairələrinin Tacikistanın müxtəlif sahələrində investisiya fəaliyyətinin fəallaşdırılmasına və iki ölkənin bank sistemi arasında əməkdaşlığın qurulmasına ümidvar olduğunu bildirib", - XİN-dəki mənbə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti