...

Ankara "erməni soyqırımı" haqqında yalanı ifşa etmək üçün türk diasporlarını birləşdirəcək

Siyasət Materials 16 Aprel 2012 10:21 (UTC +04:00)
Ankara qondarma "erməni soyqırımı" haqqında iddialara qarşı mübarizə aparmaq üçün bütün dünyadakı türk diasporlarını birləşdirmək niyyətindədir.
Ankara "erməni soyqırımı" haqqında yalanı ifşa etmək üçün türk diasporlarını birləşdirəcək

Azərbaycan, Bakı, 16 aprel / Trend, müxbir A.Tağıyeva/

Ankara qondarma "erməni soyqırımı" haqqında iddialara qarşı mübarizə aparmaq üçün bütün dünyadakı türk diasporlarını birləşdirmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə "Hürriyət" qəzet yazır.

Türkiyənin bu addımı 2015-ci ildə keçirilməsi planlaşdırılan qondarma "erməni soyqırımı"nın 100 illiyinə həsr olunmuş irimiqyaslı aksiyalara qarşı yönəldilib. Bu yalana qarşı mübarizə çərçivəsində sentyabrın 15-də Türkiyə və Azərbaycan diasporları beynəlxalq konfransa toplaşacaqlar. Konfransda Türkiyənin və Azərbaycanın minə yaxın siyasətçisinin, ictimai xadiminin, alimlərin, millət vəkillərinin, eləcə də bir çox ölkələrdən ədəbiyyat və incəsənət nümayəndələrinin iştirakı planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti