...

İran hərbi gücünü nümayiş etdirdi (FOTO)

Siyasət Materials 17 Aprel 2012 15:55 (UTC +04:00)
İranda bu gün Milli Ordu Günü qeyd olunur. Bu barədə Trend IRINN telekanalına istinadən məlumat verir.
İran hərbi gücünü nümayiş etdirdi (FOTO)

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbirlər A.Bədəlova, T.Cəfərov/

İranda bu gün Milli Ordu Günü qeyd olunur. Bu barədə Trend IRINN telekanalına istinadən məlumat verir.

Əlamətdar tarixlə əlaqədar Tehranda hərbi parad keçirilir. Paradda Prezident Mahmud Əhmədinejad, müdafiə naziri Əhməd Vəhidi, generallar, İranda akkreditə olunan səfirliklərin hərbi attaşeləri iştirak edirlər.

Paradda quru və hərbi-dəniz qüvvələrinin bölmələri, digər qoşun növləri, HHQ-nin aviasiyası iştirak edir.

Parad İmam Xomeyninin məqbərəsinin yaxınlığında keçirilir.

Paradın keçirilməsi ilə əlaqədar Tehranın bütün aeroportları 4 saat müddətinə bağlanıb.

Xəbər lenti

Xəbər lenti