...

Azərbaycan və Rusiya sərhəddə birgə əməliyyatlara başlayıb

Siyasət Materials 23 Aprel 2012 13:25 (UTC +04:00)
Rusiya və Azərbaycan sərhədində bu gündən "Sərhəd" adı altında kompleks əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Azərbaycan və Rusiya sərhəddə birgə əməliyyatlara başlayıb

Azərbaycan, Bakı, 23 aprel / Trend müxbir K.Zərbalıyeva/

Rusiya və Azərbaycan sərhədində bu gündən "Sərhəd" adı altında kompleks əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır.

Əməliyatlar respublikanın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edəcək.

Əməliyyatların keçirilməsi ilə əlaqədar Rusiya ilə sərhəd rayonlarda postlar yaradılıb.

Tədbirlər Azərbaycan və Rusiya Daxili İşlər nazirlikləri arasında təsdiq edilmiş birgə tədbirlər planına əsasən keçirilir.

Xəbər lenti

Xəbər lenti