...

Bakıda Azərbaycan və İordaniya arasında parlamentlərarası əlaqələr müzakirə edilib

Siyasət Materials 24 Aprel 2012 13:50 (UTC +04:00)
Trend-in məlumatına görə, İordaniya Senatı sədrinin birinci müavini Abdurrauf Ravabdehinin başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan-İordaniya parlamentlərarası dostluq qrupunun görüşü keçirilib.
Bakıda Azərbaycan və İordaniya arasında parlamentlərarası əlaqələr müzakirə edilib

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir M.Əliyev/

Bakıda Azərbaycan və İordaniya arasında parlamentlərarası əlaqələr müzakirə edilib.

Trend-in məlumatına görə, İordaniya Senatı sədrinin birinci müavini Abdurrauf Ravabdehinin başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan-İordaniya parlamentlərarası dostluq qrupunun görüşü keçirilib.

Görüşdə Ravabdehi bildirib ki, parlament səviyyəsində iki ölkə arasında əlaqələrə yeni təkan vermək, onları inkişaf etdirmək lazımdır.

"Ölkələrimiz arasında xüsusi isti münasibət var və iki ölkə arasında 30-dan çox sənəd imzalansa da, bu sənədlərin bir çoxu icra olunmayıb. Bu əlaqələri inkişaf etdirməklə qalan sənədlərin icrasına da nail olunmalıdır", - o deyib.

Dostluq qrupunun Azərbaycan tərəfindən üzvü Aslan Şahverdiyev Azərbaycanın müstəqillik əldə etdiyi 20 il ərzində keçdiyi uğurlu yoldan danışaraq bildirib ki, qısa müddətdə Azərbaycan BMT TŞ-yə qeyri-daimi üzv olub və Dağlıq Qarabağ problemindən başqa, ölkə qarşısında duran bütün problemlər həll olunub.

"Bu problemin həll olunmamasının əsas səbəbi isə dünyanın bir sıra aparıcı ölkələrinin işğalçı Ermənistana siyasi, iqtisadi və hərbi dəstəyinin nəticəsidir. Belə olmasaydı, biz bunu çoxdan həll edərdik", - millət vəkili deyib.

Xəbər lenti

Xəbər lenti