...

İran parlamenti 90 faiz formalaşıb

Siyasət Materials 5 May 2012 11:54 (UTC +04:00)
İranın yeni parlamenti seçkilərin ikinci turunun nəticələrindən sonra 90 faizdən çox formalaşıb.
İran parlamenti 90 faiz formalaşıb

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir S.İsayev/

İranın yeni parlamenti seçkilərin ikinci turunun nəticələrindən sonra 90 faizdən çox formalaşıb. Bu barədə Trend İranın "Mehr" informasiya agentliyinə istinadən məlumat verir.

İran parlamenti 290 üzvdən ibarətdir, onlardan 225-i artıq 2012-ci il martın 2-də keçirilən birinci turun nəticələri üzrə seçiliblər.

Parlament seçkilərinin ikinci turunda 33 seçki dairəsindən 130 namizəd iştirak edib. Hazırda 32 seçki dairəsindən (İranın 52 şəhərindən) 65 namizəddən (60 faizdən çox) 40-ı seçilib.

Beləliklə, 290 nəfərdən 265-i (90 faizdən çox) parlamentə seçilib. Tehran və daha üç şəhərdə ilkin hesablamalar açıqlansa da, yekun nəticələr barədə hələ məlumat verilməyib.

İranda parlament seçkilərinin ikinci turu dünən axşam yerli vaxtla saat 20:00-da, Tehran əyaləti üzrə isə saat 21:00-da başa çatıb.

Qanuna əsasən, parlament seçkilərinin keçirilmə vaxtı 10 saatdır (08:00-dan 18:00-dək).

İran parlamentinin ilk iclasının hicri şəmsi təqvimlə 1391-ci il xordad ayının 7-də (27 may 2012-ci il) keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti