...

Qazaxıstanda Şuşa və onun müdafiəçilərinə həsr olunmuş xatirə gecəsi keçiriləcək

Siyasət Materials 8 May 2012 16:42 (UTC +04:00)
Astana şəhərində Şuşa şəhərinə həsr edilmiş xatirə gecəsi keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimov bildirib.
Qazaxıstanda Şuşa və onun müdafiəçilərinə həsr olunmuş xatirə gecəsi keçiriləcək

Qazaxıstan, Astana, 8 may /Trend, müxbir D.Muxtarov/

Astana şəhərində Şuşa şəhərinə həsr edilmiş xatirə gecəsi keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimov bildirib.

"Bu gün Azərbaycanın Astanadakı səfirliyində Şuşanın müdafiəçiləri və sakinlərinin xatirəsinə həsr edilmiş gecə keçiriləcək. 20 il əvvəl Şuşada faciəvi hadisələr baş verib", - Həşimov deyib.

Onun sözlərinə görə, bu şəhəri Azərbaycanda "xalq konservatoriyası" adlandırıblar.

"Məhz bu şəhər ölkəyə bir çox tanınmış musiqiçi bəxş edib. Onlar arasında Azərbaycandan çox-çox uzaqlarda tanınan Bülbül əslən şuşalıdır", - diplomat qeyd edib.

Səfirin sözlərinə görə, Şuşanı, həmçinin "Azərbaycanın İsveçrəsi" adlandırıblar.

"Burada gözəl iqlim şəraiti var. Bizdə deyirdilər: "Əl ağacını Şuşa torpağında basdır və gələn il rahat məhsul ala bilərsən". Burada dağıdılan qədim abidələr, məscidlər olub, Azərbaycan xalqının tarixi irsi ziyan görüb", - Həşimov deyib.

Onun sözlərinə görə, çərşənbə axşamı Azərbaycan səfirliyinə yerli diasporun nümayəndələri, səfirliyin dostları gələcək. Onlara Şuşa şəhəri haqqında sənədli film göstəriləcək.

Xəbər lenti

Xəbər lenti