Azərbaycan, Bakı, 10 may /Trend/
Azərbaycan Prezidenti "Miqrasiya orqanlarında qulluq keçmə haqqında" Əsasnamə"yə dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.
Trend-in məlumatına görə, qanuna edilən dəyişikliyə görə, təşkilat-ştat tədbirlərinin keçirilməsi, yaxud pensiya yaşına çatdığına görə öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verməsi və ya səhhəti (bu Əsasnamənin 82-ci maddəsində nəzərdə tutulmuş hallardan başqa) ilə əlaqədar bu Əsasnamənin 111.5-ci və 111.7-ci maddələrinə əsasən miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilmiş miqrasiya orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Pensiyaya çıxma ilə əlaqədar verilmiş müavinətdən vergi tutulmur.
Həmçinin miqrasiya orqanlarının işçilərinə bu orqanlarda fasiləsiz qulluq illərinə görə Azərbaycan Respublikası daxili işlər orqanlarının polis əməkdaşlarına fasiləsiz xidmət illərinə görə ödənilən haqqın məbləğinə bərabər əlavə haqq ödənilir.
Qanuna görə, miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Azərbaycan Prezidenti "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb
Trend-in məlumatına görə, qanuna edilən dəyişikliyə görə, təşkilat-ştat tədbirlərinin keçirilməsi, yaxud pensiya yaşına çatdığına görə öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verməsi və ya səhhəti (bu Əsasnamənin 82-ci maddəsində nəzərdə tutulmuş hallardan başqa) ilə əlaqədar bu Əsasnamənin 111.5-ci və 111.7-ci maddələrinə əsasən miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilmiş miqrasiya orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilir.
