...

Azərbaycanda Gənclər Parlamenti yaradılır

Siyasət Materials 15 May 2012 16:16 (UTC +04:00)
Gənclər Parlamentinin təşəbbüs qrupundan Trend-ə verilən məlumata görə, Gənclər Parlamenti 11 nəfərlik təşəbbüs qrupu tərəfindən irəli sürülmüş uzunmüddətli bir layihədir.
Azərbaycanda Gənclər Parlamenti yaradılır

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Gənclər Parlamenti yaradılır.

Gənclər Parlamentinin təşəbbüs qrupundan Trend-ə verilən məlumata görə, Gənclər Parlamenti 11 nəfərlik təşəbbüs qrupu tərəfindən irəli sürülmüş uzunmüddətli bir layihədir.

Layihənin əsas məqsədi gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimaiyyət qarşısında qaldırmaq və gənc vətəndaşların dövlətdə gedən proseslərdə iştirakını təmin etmək, fəal Avropa vətəndaşlığını təşviq etmək, tələbələri Avropa siyasəti ilə məşğul olmaq üçün həvəsləndirmək, mədəniyyətlərarası dialoq, beynəlxalq anlaşma, fikir və təcrübələrin müxtəlifliyini təbliğ etmək, həmçinin Azərbaycan gənclərinin şəxsi bacarıqlarının inkişafına və fikirlərini sərbəst ifadə etmək üçün forumun təşkil edilməsinə yardım etməkdir.

Gənclər Parlamenti Avropada siyasi debatlar, mədəniyyətlərarası görüşlər, siyasi təhsil işləri və ideyalar mübadiləsinə xidmət edən geniş platforma olacaq.

Layihənin icrası bir neçə mərhələdən ibarət olacaq. Yeni tərkibdə formalaşaq Gənclər Parlamenti 50 fəal gəncdən təşkil ediləcək. Gənclər Parlamentinin tərkibi seçkili qaydalar əsasında müəyyən olunacaq.

Parlamentə üzvlərin seçilməsi ərizə forması və müsahibədən ibarət olmaqla 2 mərhələdə keçiriləcək. Birinci mərhələdən keçmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. Azərbaycan Gənclər Parlamentinin üzvlərini seçəcək təşəbbüs qrupuna millət vəkilləri, ictimai təşkilatların və mətbuat nümayəndələri daxildirlər.

Yaşı 18-29 arasında olan, ictimai fəal gənclər, gənclər təşkilatlarının liderləri və fəalları, siyasi partiyaların gənclər qanadlarının nümayəndələri, istedadlı və ictimai aktiv tələbələr, beynəlxalq təşkilatlarda çalışan gənclər, KİV-də çalışan gənclər, özəl və dövlət strukturlarında, elm sahəsində çalışan gənclər gənc parlamentari ola bilərlər.

Xəbər lenti

Xəbər lenti