...

İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib (FOTO)

Siyasət Materials 16 May 2012 13:25 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi (DAK) və Beynəlxalq Diaspor Mərkəzi (BDM) çərşənbə günü İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir M.Əliyev/

Dünya Azərbaycanlıları Konqresi (DAK) və Beynəlxalq Diaspor Mərkəzi (BDM) çərşənbə günü İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Etiraz aksiyasında "İran-Ermənistan qardaşlığı Azərbaycana qarşı!", "Qarabağı işğal edən Ermənistana yardımı dayandır!", "İran-Ermənistan qardaşlığına ar olsun!", "İrandakı Azərbaycan türklərinə azadlıq!", "İran STOP!" və s. şüarlar səsləndirilib.

"Fars şovinizmi İslama, dinə, müsəlmanlığa, ədalətə və haqqa qarşı çevrilən əməllərinin iflasa uğrayacağının yaxınlaşdığını bildiyindən son anda belə antitürk siyasətindən əl çəkmir", - DAK-ın həmsədri Sabir Rüstəmxanlı aksiyada çıxışında deyib.

Aksiyada 50-yə yaxın insan iştirak edib. Aksiyanın sonunda bəyanat səsləndirilib və bəyanat səfirliyə təqdim olunub.

Aksiyaya polis tərəfindən müdaxilə edilməyib.

Xəbər lenti

Xəbər lenti