...

Mirvarid Dilbazinin 100 illik yubileyi keçiriləcək

Siyasət Materials 16 May 2012 18:36 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Mirvarid Dilbazinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Mirvarid Dilbazinin 100 illik yubileyi keçiriləcək

Azərbaycan, Bakı, 16 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Mirvarid Dilbazinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mirvarid Dilbazinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2012-ci ilin avqust ayında müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Mirvarid Paşa qızı Dilbazinin anadan olmasının 100 ili tamam olur.

Mirvarid Dilbazi ədəbiyyatımızı yeni-yeni obrazlarla zənginləşdirən sənətkardır. Onun yaradıcılığının başlıca mövzusunu xalqımızın zəngin tarixi keçmişi və yurdumuzun misilsiz gözəlliklərinin tərənnümü təşkil edib. Şairin çoxsaylı lirik əsərləri vətəndaşlıq duyğularının yüksək poetik ifadəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti