...

GUAM-ın baş katibi ATƏT-in Daimi Şurasında təşkilatın prioritetlərindən danışıb

Siyasət Materials 17 May 2012 15:51 (UTC +04:00)
GUAM-ın baş katibi Valeri Çeçelaşvili cümə axşamı Vyanada ATƏT-in Daimi Şurasında çıxışı zamanı təşkilatın cari prioritetlərindən danışıb.
GUAM-ın baş katibi ATƏT-in Daimi Şurasında təşkilatın prioritetlərindən danışıb

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir E.Tarıverdiyeva/

GUAM-ın baş katibi Valeri Çeçelaşvili cümə axşamı Vyanada ATƏT-in Daimi Şurasında çıxışı zamanı təşkilatın cari prioritetlərindən danışıb. Bu barədə Trend cümə axşamı ATƏT-in rəsmi saytına istinadən məlumat verir.

"GUAM-ın əsas məqsədi Qara dəniz-Xəzər regionunda sabitlik və inteqrasiya məkanı, Avropa standartları, meyarları və təcrübəsinə əsaslanan tərəfdaşlıq məkanı yaratmaqdan ibarətdir", - Çeçelaşvili deyib.

Onun sözlərinə görə, GUAM ölkələri hesab edirlər ki, inkişafın bu mərhələsi xüsusilə vacibdir.

"Biz GUAM çərçivəsində əməkdaşlıq layihələri və proqramlarının yaradılması və reallaşdırılması üzrə fəal proses aparırıq", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti