Azərbaycan, Bakı, 22 may /Trend/
Mayın 23-də Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Fransanın Strasburq şəhərində keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin 122-ci sessiyasında iştirak etmək məqsədilə həmin ölkəyə səfər edəcək.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Məmməd-Quliyevin AŞ Nazirlər Komitəsinin 122-ci sessiyasının rəsmi və qeyri-rəsmi hissələrində Avropa Şurasına üzv dövlətlərin yüksək səviyyəli rəsmiləri və AŞ-nin baş katibi Torbyorn Yaqlandla görüşlər keçirməsi planlaşdırılır.
Görüşlər zamanı Avropa Şurasında islahatlar, insan hüquqları üzrə Avropa Məhkəməsinin islahatları və Avropa Şurasının Qonşuluq siyasəti mövzusunda müzakirələr aparılacaq.