Azərbaycan, Bakı, 24 may / Trend, müxbir A.Qasımova /
"Eurovision" mahnı müsabiqəsindən siyasi bəyanatlar üçün istifadə olunmamalıdır. Trend-in məlumatına görə, İsveçin Azərbaycandakı səfiri Mikael Eriksson belə hesab edir.
"Düşünmürəm ki, "Eurovision"dan siyasi məqsədlər üçün istifadə olunmalıdır", - səfir cümə axşamı İsveç təmsilçisi Lorinin Azərbaycanla bağlı siyasi bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, Lorin Azərbaycana oxumaq üçün gəlib. "O azad şəxsiyyətdir və nə istəsə edə bilər, mən ona görə cavab verə bilmərəm. Onun özünün formalaşmış fikri var", - səfir deyib.
İsveçi "Eurovision" müsabiqəsində təmsil edən Lorin Bakıda olarkən Azərbaycanda insan haqları və demokratiyaya dair bəzi bəyanatlar verib.