...

Çexiyada 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib (FOTO)

Siyasət Materials 25 May 2012 18:47 (UTC +04:00)
Azərbaycanın Çexiyadakı səfirliyi 28 May - Respublika Günü münasibətilə bu ölkədə tədbir təşkil edib.
Çexiyada 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 may /Trend/

Azərbaycanın Çexiyadakı səfirliyi 28 May - Respublika Günü münasibətilə bu ölkədə tədbir təşkil edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, tədbirdə rəsmi qonaq qismində Çexiyanın birinci xanımı Liviya Klausova və Baş nazirin birinci müavini - xarici işlər naziri Karel Şvartsenberq iştirak ediblər.

Səfirliyin binasında keçirilən tədbirdə iştirak edən və sayı 250-yə yaxın qonaqlar arasında Parlament Senatının sədrinin müavini Alena Qayduşkova, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Ladislav Mravets, Senatda (Yuxarı Palata) yeni yaradılmış Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Yan Hornik, Vtslav Koukal, Martin Tesarjik, Petr Qavlas, Petr Bratski, o cümlədən Senatın Xarici əlaqələr komitəsinin sədri Yozef Regets, parlamentin Deputatlar Palatasının bir neçə üzvü, xarici işlər, mədəniyyət, sənaye və ticarət nazirlərinin müavinləri olublar.

Qonaqları salamlayan səfir Tahir Tağızadə giriş nitqində ölkələr arasında qarşılıqlı səfərlər, ikitərəfli tərəfdaşlığın uğurlu inkişafı və Azərbaycanın xarici siyasətinin əsas prinsipləri barədə məlumat verib.

Səfirlə söhbəti zamanı xanım Klausova Çexiya Prezidenti Vatslav Klausun təbriklərini Azəbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.

Tədbirdə canlı Azərbaycan musiqisi səslənib və yalnız milli xörəklər təklif olunub.

Xəbər lenti

Xəbər lenti