...

Metyu Brayza:"Eurovision-2012" avropalılara Azərbaycan haqqında yanlış təsəvvürlərdən xilas olmağa imkan verəcək

Siyasət Materials 26 May 2012 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir Y.Kosolapova/

"Eurovision" müsabiqəsinə ev sahibliyi etməsi Azərbaycana bu gün ölkəsi haqqında yanlış təsəvvürə malik olan sıravi Avropa vətəndaşlarına yaxın və daha aydın olmağa kömək edəcək. ABŞ-ın Azəarbaycandakı keçmiş səfiri Metyu Brayza belə hesab edir. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Bloomberg" agentliyi xəbər verir.

Brayzanın sözlərinə görə, bu gün avropalıların əksəriyyəti Azərbaycan haqqında reportajlardan və Qərb KİV-lərində dərc olunan məqalələrdən bilir.

"Lakin bir il Azərbaycanda səfir işləmiş adam kimi mən gözəl bilirəm ki, onlar çox vaxt həqiqəti əks etdirmirlər" -o deyib.

Eləcə də Brayza qeyd edib ki, Azərbaycanda aparılan iqtisadi islahatlarda irəliləyiş Qərb mətbuatında təqdim edildiyindən xeyli yüksəkdir.

"İqtisadi islahatlar ağıllı vergi-büdcə və pul-kredit siyasətinə uyğun aparılır. Eləcə də ölkədə analoji Norveç fondu timsalında yaxşı idarə olunan milli rifah fondu yaradılıb", - o deyib.

Bununla yanaşı Azərbaycan hökuməti yoxsulluqla mübarizəyə xeyli neft sənayesi gəlirləri göndərir. Bu, yoxsulluğun səviyyəsinin 2003-cü ildən 2009-cu ilədək 49 faizdən 9,1 faizədək azaltmağa (Dünya Bankının məlumatına görə, 16 faiz) imkan verib.
Bu gün Bakıda "Eurovision" mahnı müsabiqəsinin finalı keçirilir.

Xəbər lenti

Xəbər lenti