...

XİN: ABŞ dövlət katibi Bakıda regiondakı vəziyyəti müzakirə edəcək

Siyasət Materials 30 May 2012 17:10 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Hillari Klinton iyunun 6-da Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirib.
XİN: ABŞ dövlət katibi Bakıda regiondakı vəziyyəti müzakirə edəcək

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir S.Ağayeva/

ABŞ-ın dövlət katibi Hillari Klinton iyunun 6-da Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirib.

"Səfər çərçivəsində dövlət katibinin Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri planlaşdırılıb", - Abdullayev deyib.

Onun sözlərinə görə, Klintonun səfəri zamanı regiondakı vəziyyət, strateji tərəfdaşlıq məsələləri və Dağlıq Qarabağ münaqişəsi, habelə enerji sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti