...

Hakim partiya: Neftçalada aclıq aksiyası keçirənlər YAP-ın üzvü deyil

Siyasət Materials 30 May 2012 19:08 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası bəzi qəzetlərdə Neftçala rayonunda guya YAP üzvü olan Natiq Hüseynovun və digər iki nəfər şəxsin aclıq aksiyası keçirməsi barədə xəbərlərə münasibət bildirib.
Hakim partiya: Neftçalada aclıq aksiyası keçirənlər YAP-ın üzvü deyil

Azərbaycan, Bakı, 30 may /Trend/

Hakim Yeni Azərbaycan Partiyası bəzi qəzetlərdə Neftçala rayonunda guya YAP üzvü olan Natiq Hüseynovun və digər iki nəfər şəxsin aclıq aksiyası keçirməsi barədə xəbərlərə münasibət bildirib.

YAP-ın mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, qəzetlərdə adları qeyd olunan şəxslərdən yalnız Natiq Hüseynov Yeni Azərbaycan Partiyasının sıralarında olub və bir il bindan əvvəl YAP-ın nizamnamə tələblərinə əməl etmədiyinə görə partiyanın sıralarından xaric edilib.

Qəzetlərdə adları qeyd olunan digər iki nəfər isə Yeni Azərbaycan Partiyasının üzvü deyil.

Xəbər lenti

Xəbər lenti