...

Hakim partiya: Azərbaycanın inkişafı İranda daxili vəziyyəti qarışdırır

Siyasət Materials 31 May 2012 16:20 (UTC +04:00)
Bu gün İranda insan hüquqları ciddi şəkildə pozulur, bu baxımdan Azərbaycanın inkişafı İranda daxili vəziyyəti qarışdırır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Milli Məclisin deputatı, YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib.
Hakim partiya: Azərbaycanın inkişafı İranda daxili vəziyyəti qarışdırır

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/

Bu gün İranda insan hüquqları ciddi şəkildə pozulur, bu baxımdan Azərbaycanın inkişafı İranda daxili vəziyyəti qarışdırır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Milli Məclisin deputatı, YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib.

"İran vətəndaşları sərhədi bu tərəfə keçəndə yerlə göy qədər fərq görür və elə təsəvvür edirlər ki, cəhənnəmdən cənnətə düşüblər. Bu insanlar da öz dövlətindən yaxşı yaşamasını tələb edir və təbii ki, bu da rejimi qıcıqlandırır", - Novruzov deyib.

Deputat həmçinin qeyd edib ki, İranın güclü dövlətlərə gücü çatmır.

"Məsələn, ABŞ-a, İsrailə, Avropanın inkişaf etmiş dövlətlərinə güc gələ bilmir. Ona görə də müəyyən fikirlərini Azərbaycana qarşı hərəkətləri vasitəsilə onlara çatdırmağa çalışır. Azərbaycan İrana qarşı həmişə ədalətli mövqe nümayiş etdirib. Ölkə Prezidenti bəyan edib ki, Azərbaycan ərazisindən İrana hərbi müdaxilə edilməsinə imkan verilməyəcək. Amma bunun müqabilində İranın hərəkətləri çox ədalətsizdir, nə Allaha, nə dinə, nə də imana uyğun olan hərəkətlərdir", - YAP icra katibinin müavini deyib.

Onun sözlərinə görə, İran belə hərəkətləri ilə başına bomba tökülməsini sürətləndirir.

"Bu problemlərin qarşısını almaq, Azərbaycan kimi qonşusu ilə yaxşı münasibətlər yaratmaq, hadisələrdən nəticə çıxarmaq əvəzinə, özü üçün çətinlikləri daha da dərinləşdirir. Oradakı ağıllı adamlar bu yanaşma tərzinin dəyişməsinə çalışmalıdır", - deputat deyib.

Xəbər lenti

Xəbər lenti