...

Azərbaycan-Çexiya parlamentlərarası əməkdaşlığının möhkəmləndirilməsi məsələsi müzakirə olunacaq

Siyasət Materials 2 İyun 2012 14:57 (UTC +04:00)
Milli Məclisin Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Gülər Əhmədova, qrupun üzvləri Sədaqət Vəliyeva, Malik Həsənov və Ülvi Quliyev iyunun 4-də Çexiyanın paytaxtı Praqaya səfər edəcəklər.
Azərbaycan-Çexiya parlamentlərarası əməkdaşlığının möhkəmləndirilməsi məsələsi müzakirə olunacaq

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Milli Məclisin Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Gülər Əhmədova, qrupun üzvləri Sədaqət Vəliyeva, Malik Həsənov və Ülvi Quliyev iyunun 4-də Çexiyanın paytaxtı Praqaya səfər edəcəklər.

Səfər Çexiya Parlamentinin Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun dəvəti ilə həyata keçirilir.

Trend Milli Məclisin rəsmi saytına istinadən məlumat verir ki, deputatlarımız burada ölkə parlamentinin fəaliyyəti ilə yaxından tanış olacaq, Senatın və Deputatlar Palatasının rəhbərliyi, dostluq qrupunun üzvləri ilə görüşəcəklər.

Söhbətlər zamanı parlamentlər səviyyəsində əməkdaşlığın möhkəmləndirilməsi, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılacaq.

Səfər iyunun 7-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti