...

Moldova Prezidenti və Küveyt Əmiri İlham Əliyevi təbrik edib

Siyasət Materials 2 İyun 2012 17:17 (UTC +04:00)
Moldova Prezidenti Nikolaye Timofti və Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibətilə təbrik edib.
Moldova Prezidenti və Küveyt Əmiri İlham Əliyevi təbrik edib

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Moldova Prezidenti Nikolaye Timofti və Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibətilə təbrik edib.

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Əminəm ki, Sizin ali dövləti vəzifədə çoxşaxəli fəaliyyətiniz bundan sonra da ölkənizin müstəqilliyinin möhkəmlənməsinə və firavanlığına, beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə xidmət edəcəkdir.

Ürəkdən inanıram ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında ənənəvi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri bundan sonra da ölkələrimizin və xalqlarımızın rifahı naminə möhkəmlənəcək və inkişaf edəcəkdir. Hörmətli cənab Prezident, icazə verin, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləyim", - Moldova Prezidentinin təbrikində deyilir.

"Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi Sizə çatdırmaqdan sevinc hissi duyuram. Bu fürsətdən istifadə edərək səmimi-qəlbdən bildirirəm ki, ölkələrimiz və xalqlarımız arasında davamlı dostluq əlaqələri daim inkişaf edəcəkdir. Zati-alinizə möhkəm cansağlığı, səadət, ölkənizə və xalqınıza daimi tərəqqi və çiçəklənmə arzulayıram. Səmimi salamlarımı və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm", - Küveyt Əmiri təbrikində bildirib.

Xəbər lenti

Xəbər lenti