...

Bəxtiyar Hacıyev həbsdən şərti azad edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 4 İyun 2012 12:47 (UTC +04:00)
Bu gün Ali Məhkəmənin qərarı ilə sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyev həbsdən azad olunub.
Bəxtiyar Hacıyev həbsdən şərti azad edilib (ƏLAVƏ OLUNUB)

Məlumatın təfərrüatları əlavə olunub. İlk xəbər 11:38-də yayılıb.

Azərbaycan, Bakı, 4 iyun / Trend müxbir K.Zərbalıyeva/

Bu gün Ali Məhkəmənin qərarı ilə sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyev həbsdən azad olunub. Bu barədə bazar ertəsi Trend-ə Ali Məhkəmədən məlumat verilib.

Qeyd edək ki, Hacıyev ötən il martın 4-də həbs olunub.

Hacıyev Cinayət Məcəlləsinin 321.1 (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə ittiham olunaraq iki il müddətinə həbs olunmuşdu.

Ali Məhkəmədən Trend-ə bildirilib ki, Hacıyevin cəzasının başa çatmasına 9 ay vaxt qalmışdı. O, Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti