...

İlham Əliyev Ukraynanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 4 İyun 2012 17:34 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Ukraynanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Konstantin Qrişenko Ukrayna Prezidenti Viktor Yanukoviçin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının önəmi qeyd olundu, əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Prezident Viktor Yanukoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukraynanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti