...

Elmar Məmmədyarov Argentinanın Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili ilə görüşüb

Siyasət Materials 4 İyun 2012 19:56 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili Xorxe Roballonu qəbul edib.
Elmar Məmmədyarov Argentinanın Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili ilə görüşüb

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili Xorxe Roballonu qəbul edib.

XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Argentinanın xarici işlər naziri Hektor Timermanın Elmar Məmmədyarova ünvanladığı məktubu təqdim edən Roballo ölkəmizə müvəqqəti işlər vəkili təyin olunmasından məmnun olduğunu qeyd edib. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq, Argentina-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

Müvəqqəti İşlər Vəkili nazirlə görüşündə Argentinanın Azərbaycanda yeni təsis olunmuş səfirliyinin açılışını həyata keçirəcəyini bildirib.

Məmmədyarov ölkəmizə müvəqqəti işlər vəkili təyin olunması münasibətilə argentinalı diplomatı təbrik edib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti