...

Ukrayna və Azərbaycana gələcək əməkdaşlıq üçün fəaliyyətlərini uyğunlaşdırmaq lazımdır – XİN rəhbəri

Siyasət Materials 5 İyun 2012 13:49 (UTC +04:00)
Ukrayna və Azərbaycana gələcək əməkdaşlıq üçün fəaliyyətlərini uyğunlaşdırmaq lazımdır.
Ukrayna və Azərbaycana gələcək əməkdaşlıq üçün  fəaliyyətlərini uyğunlaşdırmaq lazımdır – XİN rəhbəri

Azərbaycan, Bakı, 5 iyun / Trend, müxbir S.Ağayeva /

Ukrayna və Azərbaycana gələcək əməkdaşlıq üçün fəaliyyətlərini uyğunlaşdırmaq lazımdır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko bildirib.

"Hazırda Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür, Ukrayna isə 2013-cü ildə ATƏT-ə sədrliyi qəbul etməyə hazırlaşır, bu baxımdan da iki ölkənin qarşılıqlı fəaliyyətində müzakirə olunması vacib olan bir çox məsələlər var", - Qrişenko deyib.

Nazirin sözlərinə görə, Kiyev özünün ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə böyük diqqət ayıracaq.

Qrişenko deyib ki, iki ölkə arasında münasibətlərin səviyyəsi strateji xarakter daşıyır.

"Hazırkı səfər zamanı biz Azərbaycan tərəfi ilə siyasi, iqtisadi və humanitar sahədə məsələlərin geniş dairəsini müzakirə etdik", - o qeyd edib.

Nazirin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya qarşıdakı rəsmi səfəri və iki ölkə prezidentləri şurasının sənədlər paketinin imzalanacağı iclası ilə bağlı məsələlər müzakirə olunub. Qrişenko bildirib ki, enerji əməkdaşlığı da Bakıdakı danışıqların əsas mövzusu olub.

"Azərbaycan qazının Ukraynaya tədarükü ARDNŞ-də və Azərbaycanın Energetika Nazirliyində müzakirə olunub. Qrişenko bu məsələnin tezliklə həll olunacağına ümidini bildirib.

Ukrayna XİN rəhbərinin səfəri iyunun 4-də başlayıb. Bu gün o, 19-cu Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" sərgi və konfransında iştirak edib.

Xəbər lenti

Xəbər lenti