...

Mübariz Əhmədoğlu: Ermənistan bütün antiiran qüvvələrin fəaliyyət mərkəzinə çevrilib

Siyasət Materials 5 İyun 2012 13:36 (UTC +04:00)
Mübariz Əhmədoğlu: Ermənistan bütün antiiran qüvvələrin fəaliyyət mərkəzinə çevrilib
Mübariz Əhmədoğlu: Ermənistan bütün antiiran qüvvələrin fəaliyyət mərkəzinə çevrilib

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.Mehdiyev/

Ermənistan bütün antiiran qüvvələrin fəaliyyət mərkəzinə çevrilib. Azərbaycanın adına deyilməsinə baxmayaraq, II Dünya müharibəsi illərindəki Kasablanka rolunu bu gün Ermənistan oynayır. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu çərşənbə axşamı keçirdiyi mətbuat konfransında deyib.

"ABŞ Ermənistanı mühüm antiiran məkana çevirib. İranın nüvə proqramının inkişafını izləməyə imkan verən bütün vacib kimyəvi, bioloji, radioloji qurğular Ermənistan ərazisində qurulub. Ermənistandakı Rusiya hərbiçiləri xeyli aktivləşiblər, başları hərbi təlimlərdən ayılmır. Rusiya Ermənistandakı hərbi bazasına diqqətini xeyli artırıb", - Əhmədoğlu əlavə edib.

Onun sözlərinə görə, İsrailin Ermənistanla əlaqələri xeyli intensivləşib.

"Eləcə də Ermənistanın İsraillə əlaqələrini genişləndirməyə maraqlı olması aydın görünür. Yaxın dövrlərdə Ermənistan və Dağlıq Qarabağdan olan nümayəndə heyəti İsrailə səfər etdi. Az sonra Ermənistanın kənd təsərrüfatı mütəxəssisləri İsraildə keçirilən "Mashav-2012" aqroforumunda iştirak etdilər. İsrailin kənd təsərrüfatı naziri Ermənistanda səfərdə oldu. Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Əmman Ermənistanla intensiv əlaqələrə malikdirlər. Bu dövlətlərin heç birində güclü erməni diasporu yoxdur. Eləcə də Ermənistanın elə də böyük iqtisadi-ticari potensialı yoxdur. Hər üç ərəb dövlətinin digər ərəb dövlətləri kimi, İrana münasibəti pisdir", - politoloq deyib.

Xəbər lenti

Xəbər lenti