...

Əhmədinejad: İranın dünya iqtisadi böhranının həlli ilə bağlı layihəsi var

Siyasət Materials 5 İyun 2012 16:32 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad bəyan edib ki, onun dünya iqtisadi böhranını həll edə biləcək təkliflər paketi var.
Əhmədinejad: İranın dünya iqtisadi böhranının həlli ilə bağlı layihəsi var

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbirlər E.Tarıverdiyeva, D.Xatınoğlu/

İran Prezidenti Mahmud Əhmədinejad bəyan edib ki, onun dünya iqtisadi böhranını həll edə biləcək təkliflər paketi var. Bu barədə Trend çərşənbə axşamı IRNA agentliyinə istinadən məlumat verir.

Əhmədinejad iyunun 6-7-də baş tutacaq 12-ci Şanxay Əməkdaşlıq Təşkilatının işində iştirak etmək üçün çinli həmkarı Xu Szintaonun dəvəti ilə çərşənbə axşamı Pekinə səfər edəcək.

Bu, Əhmədinejadın Çinə üçüncü səfəridir.

Əhmədinejad deyib ki, sammit zamanı paketin təfərrüatlarını açıqlayacaq, lakin daha ətraflı məlumat verməyib.

Cari ildə İran ÜDM-in artımı 0,4 faiz səviyyəsində gözlənilir. Ölkədə rəsmi inflyasiya səviyyəsi 22 faiz, işsizlik səviyyəsi isə 16 faiz səviyyəsində elan edilib.

Xəbər lenti

Xəbər lenti