...

Ortaq türk televiziya kanalı, əlifba və akademiyasının yaradılması müzakirə olunacaq

Siyasət Materials 6 İyun 2012 14:00 (UTC +04:00)
Bakıda iyunun 6-7-də Türk Konseyinin Ağsaqqallar Şurasının toplantısı keçiriləcək. Bu barədə Trend-ə TÜRKPA katibliyindən bildiriblər.
Ortaq türk televiziya kanalı, əlifba və akademiyasının yaradılması müzakirə olunacaq

Azərbaycan, Bakı, 6 iyun / Trend müxbir M.Əliyev/

Bakıda iyunun 6-7-də Türk Konseyinin Ağsaqqallar Şurasının toplantısı keçiriləcək. Bu barədə Trend-ə TÜRKPA katibliyindən bildiriblər.

Toplantının gündəliyinə dünya irs siyahısına daxil olacaq türk əsərlərinin müəyyənləşdirilməsi, türk akademiyasının fəaliyyəti, ortaq televiziya kanalının yaradılması, universitetlərarası birlik, məktəblər üçün ortaq tarix və ədəbiyyat kitablarının hazırlanması, ortaq əlifba və terminologiyanın yaradılması istiqamətində işlər, TÜRKSOY-a hüquqi statusun verilməsi üçün yeni bir beynəlxalq müqavilənin imzalanması, "Türk Dünyası mükafatı" layihəsinin hazırlanması, Türk Konseyinin fəaliyyətinin daha da gücləndirilməsi məqsədi ilə digər təkliflərin, gələcək toplantının tarixinin və yerinin müəyyənləşdirilməsi, tövsiyə qərarlarının müzakirəsi və qəbulu kimi vacib məsələlər daxildir.

İclasda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncının dəvəti ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsənov da iştirak edəcək.

İclasda, həmçinin TÜRKPA baş katibi təşkilatın fəaliyyəti, məqsədləri ilə bağlı çıxış edəcək, toplantıda müzakirə olunacaq məsələlərə dair fikir mübadiləsi aparacaq.

Xəbər lenti

Xəbər lenti