...

Mübariz Qurbanlı: "Freedom House" erməni lobbisindən "qidalanır"

Siyasət Materials 7 İyun 2012 12:31 (UTC +04:00)
"Freedom House" təşkilatının yazdıqları qərəzli münasibətin göstəricisidir.
Mübariz Qurbanlı: "Freedom House" erməni lobbisindən "qidalanır"

Azərbaycan, Bakı, 7 iyun / Trend müxbir M.Əliyev/

"Freedom House" təşkilatının yazdıqları qərəzli münasibətin göstəricisidir. Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, bu təşkilat erməni lobbisindən "qidalanır" və qeyri-obyektiv yazılar yayır.

"Freedom House"-un yaydığı informasiyalara diqqət yetirdikdə məlum olur ki, Azərbaycanı Ermənistandan aşağı göstərmək istəyirlər. Bunun da səbəbi var - bu cür təşkilatlar və onların rəhbərləri bəzi erməni lobbisindən "qidalanır" və bu səbəbdən Azərbaycana qarşı qərəzli mövqe tutur", - Qurbanlı deyib.

Xəbər lenti

Xəbər lenti