...

Gəncə ilə Lutsk şəhərləri arasında növbəti razılaşmalar əldə olunub

Siyasət Materials 10 İyun 2012 20:41 (UTC +04:00)
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəlyevin başçılıq etdiyi nümayəndə heyəti Ukraynanın Volın Vilayətinə işgüzar səfərlərinə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Ukraynadakı səfirliyindəki büstünün önünə tər çiçək qoymaqla başlayıblar.
Gəncə ilə Lutsk şəhərləri arasında növbəti razılaşmalar əldə olunub

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəlyevin başçılıq etdiyi nümayəndə heyəti Ukraynanın Volın Vilayətinə işgüzar səfərlərinə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Ukraynadakı səfirliyindəki büstünün önünə tər çiçək qoymaqla başlayıblar.

Lutsk şəhərinə gələn Gəncəli həmkarlarını böyük mehribanlıqla salamlayan Volın Vilayət Dövlət admnistrasiyasının rəhbəri Boris Klimçuk Azərbaycanla Ukraynanın strateji müttəfiqlik münasibətlərinin inkişaf dinamikasından danışıb. Gəncə ilə Lutsk şəhərləri arasında qardaşlıq əlaqələrinin qurulmasının tarixi əhəmiyyətindən söz açıb. Azərbaycanda səfir işlədiyi illərdə ölkəmizin böyük sürətlə inkişaf etdiyinin şahidi olduğunu deyən qubernator rəhbərlik etdiyi vilayətlə Gəncə şəhəri arasında iqtisadi elmi mədəni əlaqələrin daha da inkişaf etdirilməsinın vacibliyini vurğulayıb.

Son illər Azərbaycanın prezidenti İlham Əliyevin Ukraynaya, Ukrayna prezidenti Viktor Yanukoviçin isə Azərbaycana rəsmi səfərlərindən sonra ölkələrimiz arasındakı iqtisadi siyasi əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev respublikamızda regionların sosial iqtisadi inkişafı dövlət proqramına əsasən Gəncə şəhərində həyata keçirilən qlobal infrastruktur layihələr haqqında ətraflı məlumat verib. Azərbaycanın ikinci böyük şəhəri ilə Volın vilayəti arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirdi.

Görüş zamanı Gəncə şəhəri ilə Volın Vilayəti arasında iqtisadi-ticari, mədəni, elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsinə dair bir sıra razılaşmalar əldə olundu. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Lesya Ukrainka adına Volın Milli Universiteti arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb.

Televiziya və KİV-i nümayəndələrinin iştirak etdiyi görüşdə Gəncə İlə Volın Vilayəti arasında idman, turizm, mədəniyyət və incəsənət əlaqələrinin inkişaf perespektivləridə geniş müzakirə obyekti olub.

Xəbər lenti

Xəbər lenti