...

TÜRKPA-nın III plenar sessiyasının proqramı açıqlanıb

Siyasət Materials 12 İyun 2012 16:02 (UTC +04:00)
Türkdilli ölkələrin Parlament Assambleyasının Qırğızıstanın Bişkek şəhərində 14-15 iyunda keçiriləcək III plenar sessiyasının proqramı təsdiq olunub.
TÜRKPA-nın III plenar sessiyasının proqramı açıqlanıb

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir M.Əliyev/

Türkdilli ölkələrin Parlament Assambleyasının Qırğızıstanın Bişkek şəhərində 14-15 iyunda keçiriləcək III plenar sessiyasının proqramı təsdiq olunub.

TÜRKPA Katibliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, iyunun 14-də baş tutacaq Assambleya Şurasının III iclasında dörd daimi komissiyanın katibi vəzifəsinə seçkilər keçiriləcək, Katibliyin 2011-ci il üçün maliyyə və fəaliyyət hesabatları təsdiq ediləcək, həmçinin IV plenar sessiyasının keçirilmə tarixi və yeri müəyyənləşdiriləcək.

İyunun 15-də keçiriləcək TÜRKPA-nın III plenar sessiyasında isə üzv ölkələrin sədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları dinləniləcək, TÜRKPA-nın son bir illik fəaliyyətinin təqdimatı olacaq, bundan başqa, Beynəlxalq əlaqələr, İqtisadiyyat, ticarət və maliyyə məsələləri, Sosial, mədəniyyət və humanitar məsələləri, Hüquq məsələləri komissiyalarının hesabat və tövsiyə qərarlarının, həmçinin TÜRKPA beynəlxalq müşahidəçilər missiyasının Türkiyə, Qırğızıstan və Qazaxıstanda keçirilmiş prezident və parlament seçkilərinə dair rəylərinin dinlənilməsi və təsdiqi də planlaşdırılır. Həmçinin, iclasda komissiyaların sədr müavini vəzifəsinə namizədlərin seçimi plenar sessiyada baş tutacaq.

Sessiyanın işində TÜRKPA üzv ölkələrindən olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament sədrlərinin başçılığı altında nümayəndə heyətlərinin, həmçinin Türk Konseyi, TÜRKSOY, İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər Birliyi, Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti