...

Azərbaycan Türkmənistana qəti etirazını bildirib

Siyasət Materials 18 İyun 2012 18:37 (UTC +04:00)
Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov Azərbaycan XİN-ə dəvət olunub və xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən qəbul edilib.
Azərbaycan Türkmənistana qəti etirazını bildirib

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov Azərbaycan XİN-ə dəvət olunub və xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən qəbul edilib.

XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, görüşdə bildirilib ki, 2008-ci ildə Azərbaycan və Türkmənistan Prezidentləri arasında əldə olunmuş razılaşmaya əsasən, tərəflər Azərbaycan və Türkmənistan sektorlarının dibinin kəsişdiyi sahələrdə Xəzər dənizinin dibinin bölgüsü ilə bağlı məsələlər razılaşdırılmayana qədər kəşfiyyat və hasilatla bağlı heç bir fəaliyyət həyata keçirməyəcəklər.

Bu razılaşma pozularaq Azərbaycan və Türkmənistan sektorlarının kəsişməsində yerləşən "Kəpəz" yatağında Türkmənistan tərəfindən seysmik işlərin aparılmasına başlamaq cəhdi göstərilir.

Bununla əlaqədar olaraq Türkmənistan tərəfinə qəti etiraz bildirilib və qeyd olunub ki, Türkmənistanın hüquqazidd fəaliyyəti qəbuledilməzdir və Azərbaycan tərəfi Xəzər dənizində öz suveren hüquqlarının müdafiəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi hüququnu özündə saxlayır.

Xəbər lenti

Xəbər lenti