...

Filippinin nüfuzlu jurnalının Azərbaycan əlavəsi nəşr olunub

Siyasət Materials 21 İyun 2012 16:20 (UTC +04:00)
Filippində həftəlik "BizNewsAsia" jurnalının Azərbaycan əlavəsi nəşr olunub.
Filippinin nüfuzlu jurnalının Azərbaycan əlavəsi nəşr olunub

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir E.Mehdiyev/

Filippində həftəlik "BizNewsAsia" jurnalının Azərbaycan əlavəsi nəşr olunub.

Trend Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına istinadən xəbər verir ki, ayrı-ayrı məqalələr şəklində dərc olunan əlavədə Azərbaycanın son illər ərzində əldə etdiyi siyasi, iqtisadi, sosial və digər istiqamətli nailiyyətlərindən bəhs olunub.

Ölkəmizin neft və qeyri-neft sektorunun inkişafı əsas götürülərək, iqtisadi sahədəki müvəffəqiyyətlərin sadalandığı əlavədə Azərbaycanın tərəqqisini əks etdirən qrafiklər, müxtəlif indikator cədvəlləri dərc olunub.

Bununla yanaşı, jurnalda Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsindən, ölkəmizin "Eurovision 2012" mahnı müsabiqəsinə ev sahibliyi etməsindən, yarışmanın yüksək səviyyədə təşkil olunmasından geniş söz açılıb.

Eyni zamanda, Azərbaycanın hərtərəfli inkişaf etdiyinin qeyd olunduğu jurnalda ölkəmizin səhiyyə, mədəniyyət, təhsil, maliyyə, nəqliyyat, kommunal və enerji sahəsindəki uğurları da vurğulanıb.

Qeyd edək ki, "BizNewsAsia" jurnalı ayrı-ayrı iqtisadi inkişaf fenomenlərini tədqiq edən beynəlxalq səviyyəli dərgidir.

Xəbər lenti

Xəbər lenti