...

İlham Əliyev Müdafiə Nazirliyinin yeni yaşayış kompleksinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 22 İyun 2012 16:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Bakının Yasamal rayonu ərazisində Müdafiə Nazirliyinin yeni yaşayış kompleksinin açılış mərasimində iştirak edib.
İlham Əliyev Müdafiə Nazirliyinin yeni yaşayış kompleksinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Bakının Yasamal rayonu ərazisində Müdafiə Nazirliyinin yeni yaşayış kompleksinin açılış mərasimində iştirak edib.

Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı yeni yaşayış kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev yaşayış kompleksində yaradılan şəraitlə yaxından tanış oldu.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev dövlətimizin başçısına məlumat verərək bildirdi ki, 9 mərtəbəli iki binadan ibarət yeni yaşayış kompleksində hərbçilər üçün lazım olan bütün şərait yaradılıb. Ümumi yaşayış sahəsi 30 min kvadratmetrə yaxın olan birinci binadakı mənzillərin 184-ü üç, 20-si bir otaqlıdır. İkinci binanın mənzillərinin ümumi yaşayış sahəsi isə təqribən 18 min kvadratmetrdir. Bu binadakı mənzillərin 105-i üç, 3-ü isə iki otaqdan ibarətdir. Mənzillərin davamlı olaraq isti su ilə təmin olunması üçün müasir istilik sistemi yaradılıb. Yaşayış kompleksini elektrik enerjisi və su ilə təchiz etmək üçün iki yarımstansiya və digər lazımi avadanlıq quraşdırılıb. Kompleksin ərazisində abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb.

Mənzillərdə yaradılan şəraitlə yaxından tanış olan Prezident İlham Əliyev yeni binaların sakinlərini təbrik etdi.

Xəbər lenti

Xəbər lenti