...

İlham Əliyev Xorvatiya və Sloveniya prezidentlərini təbrik edib

Siyasət Materials 23 İyun 2012 16:28 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Xorvatiya və Sloveniya prezidentlərini təbrik edib

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçə təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı - Dövlətçilik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan-Xorvatiya münasibətləri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev İvo Yosipoviçə möhkəm cansağlığı, işlərində uğurlar, dost Xorvatiya xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Danilo Türkü də təbrik edib.

"Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Sloveniya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dost ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığın dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına sülh və tərəqqi arzulayıram", - təbrikdə bildirilir.

Xəbər lenti

Xəbər lenti