...

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin maddi-texniki bazası möhkəmləndirilir

Siyasət Materials 25 İyun 2012 19:02 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin maddi-texniki bazası möhkəmləndirilir

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən Xidmətin Aparatının yeni inzibati binasının, Mərkəzi çağırış məntəqəsi kompleksinin, bir sıra şəhər və rayon inzibati binalarının tikintisi və əsaslı təmiri məqsədi ilə 5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək; Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti