...

Azərbaycanla Malaziya arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 28 İyun 2012 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.Mehdiyev/

İyunun 28-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Malaziyanın baş nazirinin departamentinin naziri Dato Seri Mohamed Nazri bin Azizi qəbul edib.

Trend-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müstəqillik əldə edən Azərbaycanın 20 il ərzində inkişaf yolu barədə söhbət açan nazir Səfər Əbiyev bölgədəki hərbi-siyasi vəziyyət barədə də qonağı məlumatlandırıb.

Görüşdə ölkələrarası hərbi əməkdaşlığın qurulması istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti