...

Portuqaliya bundan sonra da Azərbaycanla oxşar mövqedən çıxış edəcək – XİN rəhbəri

Siyasət Materials 28 İyun 2012 14:51 (UTC +04:00)
Portuqaliya bundan sonra da siyasi sahədə Azərbaycanla oxşar mövqelərdən çıxış etmək niyyətindədir.
Portuqaliya bundan sonra da Azərbaycanla oxşar mövqedən çıxış edəcək – XİN rəhbəri

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir S.Ağayeva/

Portuqaliya bundan sonra da siyasi sahədə Azərbaycanla oxşar mövqelərdən çıxış etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə Portuqaliya XİN-in rəhbəri Paolu Portaş azərbaycanlı həmkarı Elmar Məmmədyarovla aparılan danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında bildirib.

Portaş deyib ki, iki ölkənin mövqeləri üst-üstə düşür: hər iki ölkə BMT TŞ-nin üzvləridir, İran və Suriya məsələsində eyni mövqedən çıxış edirlər.

"Azərbaycanlı həmkarımla görüş zamanı Suriyadakı vəziyyətə toxunuldu. Biz bu ölkədəki vəziyyətlə bağlı narahatlığımızı bildirdik, orada vətəndaş müharibəsi nə qədər çox davam edərsə, sabitliyi bərpa etməyin bir o qədər çətin olması ilə bağlı eyni fikri bölüşdük", - Portuqaliya XİN-in rəhbəri deyib.

Onun sözlərinə görə, danışıqlarda İranın nüvə proqramı da müzakirə olunub.

"İnanıram ki, bu məsələnin diplomatik yolla həlli mümkün olacaq", - Portaş qeyd edib.

Nazirin sözlərinə görə, Portuqaliya gələcəkdə də Azərbaycanla münasibətlərini bütün sahələrdə inkişaf etdirmək niyyətindədir.

Portuqaliya XİN-in rəhbəri deyib ki, iki ölkə müqavilə-hüquq bazasının gücləndirilməsi, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti