...

İlham Əliyev İranın təhsil və təlim nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 12 İyul 2012 18:14 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də İran İslam Respublikasının təhsil və təlim naziri Həmidrza Hacıbabayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev İranın təhsil və təlim nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də İran İslam Respublikasının təhsil və təlim naziri Həmidrza Hacıbabayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Həmidrza Hacıbabayi İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Nazir İran Prezidentinin "Qoşulmama Hərəkatı"na üzv dövlətlərin Tehranda keçiriləcək sammitinə dəvət məktubunu Prezident İlham Əliyevə təqdim etdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərlə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının İranın dövlət başçısına çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti