...

İğdır əyaləti Türkiyəni qardaş Naxçıvanla birləşdirir - Baş nazir

Siyasət Materials 13 İyul 2012 16:55 (UTC +04:00)
Türkiyənin İğdır əyaləti ölkəni qardaş Naxçıvanla birləşdirir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İğdır aeroportunun açılışında bildirib.
İğdır əyaləti Türkiyəni qardaş Naxçıvanla birləşdirir - Baş nazir

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin İğdır əyaləti ölkəni qardaş Naxçıvanla birləşdirir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İğdır aeroportunun açılışında bildirib.

Ərdoğan, həmçinin qeyd edib ki, İğdır əyalətinin inkişafı Azərbaycanın inkişafına yardım edir.

"İğdır əyalətinin inkişafı üçün bir sıra layihələrin reallaşdırılması nəzərdə tutulub. İğdırın inkişafı Azərbaycanın inkişafına da yardım edir" , - Baş nazir deyib.

Onun sözlərinə görə, İğdırda aeroportun açılması investorların əyalətə cəlb edilməsinə səbəb olacaq ki, bu da ilk növbədə burada yaşayan sakinlərin rifahını xeyli yaxşılaşdıracaq.

"İğdırdan Ankara və İstanbula aviareyslər ilkin mərhələdə həftədə dörd dəfə həyata keçiriləcək. Avqustda reyslər gündəlik olacaq", - Ərdoğan qeyd edib.

Xəbər lenti

Xəbər lenti