...

Suriya müxalifəti Türkiyənin bu ölkəyə müdaxilə etməsini istəyir

Siyasət Materials 16 İyul 2012 11:17 (UTC +04:00)
Suriya müxalifətinin Hama şəhərindəki qanadının rəsmi sözçüsü Xalid Əbu Salih ölkədə baş verən toqquşmaların qarşısının alınması üçün Ankaranın Suriyaya müdaxilə etməsinin zəruri olduğunu bildirib.
Suriya müxalifəti Türkiyənin bu ölkəyə müdaxilə etməsini istəyir

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir R.Hafizoğlu/

Suriya müxalifətinin Hama şəhərindəki qanadının rəsmi sözçüsü Xalid Əbu Salih ölkədə baş verən toqquşmaların qarşısının alınması üçün Ankaranın Suriyaya müdaxilə etməsinin zəruri olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə "CNN Türk" telekanalı məlumat verib.

"Türkiyənin Suriya müxalifətinə verdiyi dəstək yetərli deyil, Ankaranın bu ölkəyə müdaxilə etməsi zəruridir", - o deyib.

Müxalifət sözçüsü onu da qeyd edib ki, ölkə Prezidenti Bəşər Əsədin hakimiyyətdə qalması əsla mümkün deyil.

"Suriyada olan beynəlxalq müşahidəçilər ölkədə dinc əhalinin necə qətlə yetirildiyinin şahidi oldular", - Əbu Salih bildirib.

Onun sözlərinə görə, beynəlxalq birliklərin Suriyaya hələ də müdaxilə etməməsinin əsas səbəblərindən biri də ölkədə neftin olmamasıdır.

BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 12 mini ötüb. Təxminən 230 min insan qaçqın düşüb, bir milyona yaxın insanın humanitar yardıma ehtiyacı var.

Xəbər lenti

Xəbər lenti