...

Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 16 İyul 2012 18:38 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Monteneqronun Baş naziri İqor Lukşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Monteneqronun Baş naziri İqor Lukşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycanla Monteneqro arasında ikitərəfli əlaqələrin son illər sürətlə inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Krans Montana Forumunda iştirak edən Monteneqro Prezidenti Filip Vuyanoviçlə görüşünün və əməkdaşlığımızla bağlı aparılan müzakirələrin önəmini qeyd etdi.

Dövlətimizin başçısı Monteneqronun Baş naziri İqor Lukşiçin ölkəmizə səfərinin əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirdi.

Monteneqronun Baş naziri İqor Lukşiç Prezident İlham Əliyevlə Çikaqoda görüşünü məmnunluqla xatırladı. Ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan Monteneqronun Baş naziri bu əlaqələri iqtisadi sahədə də genişləndirmək üçün mövcud imkanlardan danışdı.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti